Süni intellekt vasitəsilə  ölən anası   ilə söhbət etdi
04 aprel 2024 09:09 (UTC +04:00)

Süni intellekt vasitəsilə ölən anası ilə söhbət etdi

Texnologiya inanılmaz sürətlə inkişaf etməyə davam etsə də, süni intellektin imkanlarının hədləri yaxşı məlum deyil. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir istifadəçi mərhum anası ilə süni intellektdən istifadə edərək əlaqə saxlasa da, nəticələr onun gözlədiyi kimi olmayıb...

Texnologiya ilə inkişaf edən süni intellekt bəzi hallarda zərərli deepfakes (süni intellektə əsaslanan görüntü və ya səs sintezi texnikası – red.) yaratmaq üçün istifadə olunur. Bu inkişaf etmiş süni intellekt, şübhəsiz ki, müəyyən zərərlərə səbəb olsa da, bir qadın anasını itirmək ağrısının öhdəsindən gəlmək üçün texnologiyadan istifadə edib...

Ölüləri simulyasiya edən proqram

2018-ci ildə anasını itirən qadın anası ilə son söhbət etmək üçün ölüləri simulyasiya edə bilən süni intellekt proqramı ilə əlaqə saxlayıb. Süni intellektdən istifadə etmək üçün istifadəçilər mərhum haqqında anket doldururlar. Bu, onlar və onların əlaqələri haqqında məlumatları, o cümlədən şəxsin söylədiyi sitatları ehtiva edir.

Dəhşətli nəticələri var

Anası ilə söhbətindən 'qorxulu' nəticələr aldığını deyən qadın, süni intellektin anası kimi onunla söhbət etdiyini bildirib. Bu süni intellekt proqramı ayda 10 dollara satılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6897
avatar

Oxşar yazılar