Bəzi insanlar sarısı ətrafında mavi olan qaynadılmış yumurta yeməkdən qorxur və bu tamamilə yanlışdır.
Lent.az xəbər verir ki, yumurtanın pis olduğuna işarə deyil.
Bəs, bu mavi rəngin yaranmasına səbəb nədir?
Məlumata görə, sarısının ətrafında mavi görünməsinin səbəbi çox uzun müddət bişmə ilə bağlıdır.
Belə ki, yumurta 10 dəqiqədən çox bişirildikdə, sarıdan dəmir və kükürd ayrılır. Nəticədə mavi rəng verən dəmir sulfid əmələ gəlir.
Bu sırf estetik qüsurdur. Belə yumurtaları qorxmadan yeyə bilərsiniz.