Oxumaq, yoxsa dinləmək?  - Hansı daha faydalıdır?
13 aprel 2024 13:58 (UTC +04:00)

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar.

Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlama bacarıqlarından istifadə etməyə məcbur edir. Alimlər oxumağı vizual yüklə əlaqələndirir, beynin şəkilləri və videoları mətndən daha asan qavradığını bildirirlər.

Məlumatın nə qədər tez udulduğunu öyrənməyə çalışan elm adamları hər şeyin insanın fərdi keyfiyyətlərindən asılı olduğu qənaətinə gəldilər. Ancaq yenə də oxumağa üstünlük verilib. Çünki hesabla, bir yetkin dəqiqədə 300 söz oxuya bilər.

Söhbət zamanı məlumatı aydın çatdırmaq üçün isə insan dəqiqədə 160 sözdən çox tələffüz etmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar