Oxatan bürcünün  kişi və qadınlarının xarakteri necədir?
03 iyun 2022 14:17 (UTC +04:00)

Oxatan bürcünün kişi və qadınlarının xarakteri necədir?

Yupiter planetinin idarə etdiyi dəyişkən bir od bürcü olan Oxatan, vəhşi bir oxatan olan yarı at, yarı insan ilə təmsil olunur. Oxatan bürcləri səmimiyyətləri və həyata optimist baxışları ilə tanınırlar. Gəncliklərindəki səhvlərdən yaxşı dərs çıxaran insanlar əsasən bu bürcdən çıxırlar. 

Bəs, ayrılıqda oxatan bürcünün qadın və kişi nümayəndələrinin xarakteri necədir?  

Oxatan qadınlar 

Oxatan bürcü qadınları, od qrupuna daxildir. Dəyişkən xarakteri və dürüstlüyü ilə bilinirlər. Bu bürcün qadınları bacarıqlı və istedadlı olur. Onlar əsasən fəlsəfi məsələlərə xüsusi maraq göstərirlər. 

Oxatan qadınları adətən hündür boylu, arıq və incə bədən quruluşuna malik olur. Onlar uzun saçları daha çox sevirlər və bu saçları ilə daima diqqət mərkəzindədirlər. Oxatan bürcünün qadınları insanların fikrini öz üzərinə çəkməkdə çox bacarıqlıdırlar. Cazibədar gülüşləri ətrafdakıların onlara heyran qalmasına səbəb olur. 

Oxatan qadınlarının mənfi xüsusiyyətlərinə gəldikdə isə onu deyə bilərik ki, bəzən çox diqqətsiz və nəzakətsiz olurlar. Çox ağılsız risklərə meyllidirlər. Hər şeydən tez bezir və sıxılırlar. 

Oxatan qadınına aşiq olmaq asan, amma onu əldə etmək çətindir. Çünki azadlıq onun qırmızı xəttidir. O, ehtiraslı və romantik bir sevgilidir. Münasibətlərdə inadkar davranışları bəzən çətinlik yarada bilər. Çox dürüst olmaqları partnyorlarını qorxuda bilər. 

Oxatan kişilər 

Oxatan bürcünün kişi nümayəndələri çox sentimentaldır. Onlar sevgilisi ilə ilk görüşü ömrünün axırına kimi unutmur, tez-tez xatırlayır. Hətta başqası ilə ailə həyatı qursa da, ilk sevgililərini yada salır, ya da onunla müqayisə edir.

Oxatan kişilər səyahət etməyi çox sevirlər.Hətta sevdikləri qadınlarla dünyanı gəzmək ən böyük arzularından biridir. Bu bürcün sahibləri çox ailəcanlı şəxslərdir. Ailələrinə qarşı hər zaman həssas olurlar. 

Qadınları kimi oxatan bürcünün kişiləri də daima qarşı tərəfin diqqətini çəkir. Oxatan kişilərinin əksəriyyəti ideal bədən ölçülərinə sahib olur. Bunun başlıca səbəbi idmanla məşğul olmaq, yaxşı qidalanmalarıdır. 

Oxatan kişilərinin bilinən ən mənfi xüsusiyyəti, onların düşünmədən davranmasıdır. Özlərindən çox razı olur və fikirləşmədən çox tez qərar verirlər. 

Bürcün kişi nümayəndələri eşq məsələlərində duyğusal olmağı sevməzlər. Onlar asanlıqla ciddi münasibətə girmirlər. Oxatanların ciddi düşünməsi üçün axtardığı qadını tapmalıdır. 

Həmçinin oxatan kişiləri uşaqları çox sevir. Uşaqlarının bütün ehtiyaclarını ödəməyə həmişə hazır olurlar. Amma onlardan heç vaxt ciddi valideyn olmur. Buna görə də, uşaqların tərbiyəsi ilə özünüz məşğul olsanız yaxşıdır. Oxatanlar uşaqlarının heç bir sözünü yerə salmırlar. Ona görə də, çox vaxt uşaqlar ərköyün böyüyür. Demək olar ki, ailədə mübahisə çox vaxt uşaqların tərbiyəsi ilə əlaqəli yaranır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17784
avatar

Sevinc Fərid

Oxşar yazılar