Gülüş sağlamlığı yaxşılaşdıra və hətta ömrü uzada bilər.
Lent.az xəbər verir ki, bunu həkim-geriatr Olqa Tkaçeva deyib.
Onun sözlərinə görə, gülüş müxtəlif beyin proseslərinə, o cümlədən ağrılara və immunitet sisteminə təsir göstərir.
Tkaçeva, həftədə bir dəfədən çox müntəzəm gülən insanların ölüm və ürək xəstəliklərinə tutulma riskinin az gülənlərə nisbətən daha aşağı olduğunu bildirib.
Bundan əlavə, gülüş ağrı həddini artırır, rifah hissi yaradır, antikor istehsal edən immun sisteminin hüceyrələrinin böyüməsini stimullaşdırır, həmçinin məlumatı daha yaxşı yadda saxlamağa kömək edir. Ümumiyyətlə, gülüş nəfəs almağı aktivləşdirir və bütün orqanlarda qan dövranını artırır.