8 mart Azərbaycanda sovet dövründən bəri qeyd edilir. Dünyada isə 8 mart Beynəlxalq Qadınlar Günü bu il artıq 113-cü dəfə qeyd olunacaq.
Maraqlıdır, bu gün dünyada necə qeyd edilir? Lent.az xarici KİV-ə istinadən 8 Mart bayramının hansı ölkələrdə necə keçirildiyini təqdim edir:
Rusiyada martın 8-i istirahət günüdür. Qadınlara hədiyyələr və gül bağışlayırlar. Bayram ərəfəsi üç-dörd gündə gül satışı ikiqat artır.
Çində qadınların iş günü səkkiz saat əvəzinə dörd saat olur, lakin Çin Xalq Respublikası Dövlət Şurasının bu tövsiyəsi qanuni deyil və işverənlərin bir qismi buna əməl etmir.
İtaliyada martın 8-də küsdümağacı gülü hədiyyə edirlər. Bu ənənə İkinci Dünya müharibəsindən sonra Romada meydana gəlib, bunun mənbəyi məlum deyil.
ABŞ-da mart qadınlar tarixinin ayı sayılır. Hər il prezident bəyanatla çıxış edib Amerika qadınlarının nailiyyətləri və əməyinə haqq qazandırır.