Mükəmməl qəhvə  hazırlamaq üçün   YENİ HİYLƏ
02 aprel 2024 15:16 (UTC +04:00)

Mükəmməl qəhvə hazırlamaq üçün YENİ HİYLƏ

Qəhvə həvəskarları və qəhvə olmadan oyana bilməyənlər üçün şad xəbərimiz var. Sadə bir hiylə ilə bu içkini daha dadlı edə bilərsiniz.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qəhvə dəmləməzdən əvvəl qəhvədəmləyənə az miqdarda duz və darçın əlavə etmək lazımdır.

Duz yandırılmış qəhvənin qoxusunu neytrallaşdırmağa, darçın isə dadı daha maraqlı olmasını kömək edəcək. Əlavə olaraq, su tökməzdən əvvəl təzə üyüdülmüş qəhvəyə əlavə edilən üyüdülmüş zəncəfildən də istifadə edə bilərsiniz.

Dəmləmə prosesi zamanı əlavə edilən təmizlənməmiş qamış şəkəri qəhvənin gücünü azaltmağa kömək edəcək. 

Qəhvə maşını istifadə etmədən kapuçino hazırlamaq üçün orijinal resepti paylaşacağıq.

Bir stəkana 3-4 xörək qaşığı hazır qəhvə əlavə edin, 2 çay qaşığı şəkər əlavə edin və 30 ml soyuq su tökün. Köpüklü, homojen bir kütlə yaranana qədər bütün maddələri çırpın. Sonra bir stəkana 50 ml ilıq süd əlavə edin və hazır kapuçinoya darçın və ya hər hansı digər sevimli ədviyyat səpin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3594
avatar

Fidan İlqar

Oxşar yazılar