Son 30 ildə xanımlar hamilə olub-olmadıqlarını həkimə getmədən, hamiləlik testi vasitəsi ilə ilk həftələrdə öyrənə bilirdlər. Bəs görəsən 100 il, 1000 il öncə qadının hamilə olub-olmamasını necə öyrənirdilər?
Lent.az-ın xəbərinə görə, bu yaxılarda aparılmış araşdırmalar zamanı misirli xanımların ən qədim hamiləlik testi barədə məlumatlar əldə edilib. Qədim misirlilər qadının hamilə olub-olmamasını buğda vasitəsi ilə öyrənirdilər. Belə ki, qadının sidiyi arpa və buğda yığılmış qabların üzərinə tökülürdü. Əgər dən vaxtından əvvəl cücərirdisə, qadının hamilə olduğu deyilirdi. İlk cücərən arpa olurdusa uşağın oğlan, buğda olurdusa qız olacağına inanırdılar. Deyilənə görə, bu testlərin doğruluq payı 70 faiz təşkil edirmiş.
Alimlər apardıqları araşdırmalar nəticəsində misirlilərin bu testlərinin əslində gerçək payı daşıdığını anlayıblar. Hamilə qadının sidiyindəki hormonların faizi yüksək olduğu üçün o toxumun cücərməsini də sürətləndirir.
Bu arada qeyd edək ki, müasir dövrdə insanlar üçün istifadə olunan hamiləlik testləri heyvanlar üçün də keçərlidir.