İnsanlar ən çox nə haqqında  yalan   danışır? -  Eqoist, qorunmaq...
12 yanvar 2024 17:40 (UTC +04:00)

İnsanlar ən çox nə haqqında yalan danışır? - Eqoist, qorunmaq...

Mütəxəssislər yalan danışmaqla bağlı maraqlı faktlar aşkar ediblər. Çoxlarının da insanların ən çox hansı yalanı danışdıqları maraqlandırır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hollandiyanın Tvente Universitetinin alimləri tapıblar.

Bir gün davam edən eksperiment zamanı məlum olub ki, iştirakçıların əksəriyyəti (22 faiz) eqoist yalanlara üstünlük verir, 8 faiz isə kimisə qorumaq üçün yalana əl atıb. Yalan danışmadıqlarını iddia etsələr də, iştirakçıların 69 faizində yalana maraq qeyd olunub.

Əlavə bir test iştirakçılardan beş gün ərzində yalan danışma davranışlarını qeyd etmələrini tələb edib. Tədqiqatda iştirakçıların 22 faizi hər gün yalan danışdığını etiraf edərkən, 19 faizi isə heç vaxt yalan danışmadıqlarını bildirib. Alimlər onu da qeyd ediblər ki, yalana əl atanların özünə inamı azalıb.

Bu maraqlı faktlar insanların niyə yalan danışdığını və bu vərdişin onların emosional vəziyyətinə, münasibətlərinə necə təsir edə biləcəyini başa düşməyin vacibliyini vurğulayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4074
avatar

Fidan İlqar

Oxşar yazılar