II Elizabetin sürücülük vəsiqəsi hərraca çıxarılacaq.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, noyabrın 8-i və 9-da Britaniyanın Kolçester şəhərində keçiriləcək “Royal Fine Art & Antiques” hərracında mərhum II Elizabetin bir çox əşyaları satışa çıxarılacaq.
Məlumata görə, əşyalar arasında nadir fotoşəkillər, eləcə də II Elizabetin Qadın Yardımçı Ərazi Korpusunda xidmət edərkən aldığı müvəqqəti sürücülük vəsiqəsi yer alacaq.
Sənəddə Elizabetin özünün də imzası var. Sənədin ilkin qiyməti təxminən iki min funt sterlinqdir.