Gənc qız ofis işindən çıxdı,  Donuzlara baxır
19 aprel 2024 16:22 (UTC +04:00)

Gənc qız ofis işindən çıxdı, Donuzlara baxır

Yunnan əyalətində yaşayan Zhou adlı 26 yaşlı kollec təhsilli qız ofis işçisi olub. Ancaq bu işi bəyənməyib, çünki onu depressiyaya salıb. Zhou, nəhayət işdən çıxıb və yeni bir vəzifə axtarmağa başlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dövrdə bir dostu qıza donuzçuluğu tövsiyə edib.

Zhounun ailəsi bu təklifə mənfi reaksiya verib və o, özü də işi uyğun hesab etməyib. Ancaq Zhou heyvanları sevdiyi üçün dostunun məsləhətinə qulaq asmaq qərarına gəlib və donuzçu olub. Zhounun ilk işi asan olmayıb - o, donuzların plasentasını çeşidləməli idi. Qan və xoşagəlməz qoxuya baxmayaraq, qız təslim olmayıb və işini görüb.

O vaxtdan Zhou üç il fermada çalışıb. O, ixtisaslı bir mütəxəssis olub və indi donuz yetişdirməyi xəyal etdiyi iş adlandırır. Qız donuzlara qulluq etməyi sevir. Heyvanları yedizdirir və iynə vurur. Zhou insanları başqalarının fikirlərinə əhəmiyyət verməməyə və yalnız həqiqi zövq gətirən şeyi etməyə çağırıb.

# 1710
avatar

Fidan İlqar

Oxşar yazılar