Pişiyə sahib olan hər bir insan onun evdə özünü mümkün qədər rahat hiss etməsini istəyir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, təəssüf ki, bir çox insan bunu bacara bilmir.
Əgər, evdə pişik saxlayırsınızsa, mümkün qədər bütün qapılar açıq olmalıdır. Bu, pişiyin mümkün qədər açıq və rahat bir yerdə yaşaması üçün lazımdır.
Heyvan otaqdan otağa sərbəst hərəkət edə bilməlidir.
Qapıları bağlasanız, pişik stresslə qarşılaşa bilər.
Fakt budur ki, qapalı məkanda olmaq pişik üçün xoşagəlməz bir hadisədir.