Əl falı haqqında 7 maraqlı fakt
16 fevral 2021 18:55 (UTC +04:00)

Əl falı haqqında 7 maraqlı fakt

Əl bir insanın özünəməxsusluğunu, qabiliyyətlərini, güclü, zəif tərəflərini və narahatlıqlarını əks etdirir. Hamımız gələcəkdə başımıza nə gələcək, qarşıdakı illərdə nə ilə qarşılaşacağımız barədə düşünürük. Əl falı əl xətləri, çıxıntılar və dərinliklərin köməyi ilə özümüz haqqında çox şey izah edir.

Lent.az Türkiyə mətbuatına istinadən əl falı haqqında bilmədiyimiz bəzi faktları təqdim edir:

1. Əl falının Hindistanda yarandığı, daha sonra Çinə, Yunanıstana və Qədim Misirə qədər yayıldığı məlumdur.

2. Sol əlimiz keçmiş həyatımızı, sağ isə indiki həyatımızı təmsil etdiyi deyilir. Bununla birlikdə, hansı əl ən aktivdirsə, adətən o oxunur. Beləliklə, solaxay insanlar üçün sol, sağ əli ilə yazanlar üçün isə sağ müəyyən olunur.

3. İri əli olan birinin vaxtının çoxunu düşünməyə sərf etdiyi, kiçik əli olanların isə çox aktiv, kortəbii və narahat olduğu deyilir.

4. Uzun barmaqları olanların demək olar ki, mükəmməllikçi olduqları və çox sadə hesab etdikləri işi yarıda qoyduqları deyilir. Qısa barmaqları olanların isə impulsiv olduqları və köhnə işləri bitirmədən əvvəl yeni işlərə başlamadıqları bildirilir.

5. Əl xətləri zaman keçdikcə dəyişdiyindən, buna çoxları gələcəyin proqnozlarını deyil, əvvəlki hadisələri açıqlamaq üçün bir fürsət kimi baxır.

6. Əldə cəmi 12 sətir var, ancaq bunlardan yalnız üçü ana xətlərdir: Ürək xətti, Həyat xətti və Ağıl xətti. Bəzi mənbələrdə “Qədər xətti” də sayılır, ancaq bu yalnız bəzi insanlarda mövcuddur.

Ürək xətti:

Bu xətt kiçik barmağından şəhadət barmağına və ya əksinə oxuna bilər. Bunun emosional tarazlığı, romantik perspektivi, depressiyanı və ürək sağlamlığını göstərdiyinə inanılır.

Həyat xətti:

Bu xətt baş barmağın yaxınlığından başlayır və biləyə doğru uzanır. Bu fiziki sağlamlığı, ümumi rifahı və həyatdakı əsas dəyişiklikləri əks etdirir. Uzunluğu uzunömürlülük ilə əlaqəli deyil.

Ağıl xətti:

Bu, bir insanın öyrənmə tərzini, ünsiyyət qurma bacarığını, intellektuallığını və biliyini əks etdirir. Döngə xətti yaradıcılıq və təbiiliklə, düz xətt isə praktiklik və nizamlı bir yanaşma ilə əlaqələndirilir.

7. Əl falına baxmaq üçün ən uyğun vaxt səhər yuxudan oyandıqda və səhər yeməyindən əvvəlki zamandır. Əlinizdə nə qədər xətt az olsa, bir o qədər şanslısınız. Əllər sizin haqqınızda demək olar ki, hər şeyi danışa bilər.

Unutmayın ki, əl falı daha çox əyləncə üçündür və dəqiq məlumat vermir. Taleyə və qərarlara falçılıq təsir etməməlidir. Həyatınızda uğur qazanmağa kömək edən tək şey öz səyinizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6999
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09