Düymələr niyə qadın paltarlarında solda,  kişilərdə sağdadır?
18 aprel 2024 16:30 (UTC +04:00)

Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?

Qadın köynəklərinin düymələri solda, kişi köynəklərinin düymələri isə sağdadır. 

Lent.az xəbər verir ki, kişi və qadın köynəkləri arasındakı bu fərqin səbəbi 13-cü əsrə aiddir.

O zaman köynəyin düymələrini ancaq maddi imkanı yaxşı olan qadınlar ala bilirdi.

Bu zəngin qadınların da onlara geyinməkdə kömək edən işçiləri var idi. Qadınlar qulluqçuların köməyi ilə, kişilər isə özləri geyinərdilər.

Qadın köynəklərindəki düymələrin sol tərəfdə olmasının səbəbi əslində qulluqçuların onları daha rahat bağlaya bilməsi idi.

Əksəriyyətin sağ əlli olduğunu nəzərə alsaq, sol tərəfə düymələr tikilirdi. Kişilər özləri geyindiyindən köynəklərinin düymələri sağ tərəfdə idi.

# 2520
avatar

Oxşar yazılar