Forbes-un milyarderlər siyahısı açıqlanıb və dünyanın ən varlı 10 qadınının adları müəyyən edilib. Bu siyahıda ilk 10-luqda olan qadınların 9-u sərvətlərini miras yolu ilə əldə edib. Lakin birinci yerdə olan şəxs isə Alis Valton olub.
Lent.az ən zəngin 10 qadın və onların sərvətlərini təqdim edir.
1. Alise Valton
Xalis sərvət: 101 milyard dollar
Yaş: 75
Sərvət mənbəyi: Walmart
Vətəndaşlıq: ABŞ
2. Fransuaza Betankur Meyers
Xalis sərvət: 81,6 milyard dollar
Yaş: 71
Sərvət mənbəyi: L'Oréal
Vətəndaşlıq: Fransa
3. Culia Koç
Xalis sərvət: 74,2 milyard dollar
Yaş: 62
Sərvət mənbəyi: Koch Industries
Vətəndaşlıq: ABŞ
4. Jaklin Mars
Xalis sərvət: 42,6 milyard dollar
Yaş: 85
Sərvət mənbəyi: Şirniyyat, ev heyvanları üçün yemək məhsulları
Vətəndaşlıq: ABŞ
5. Rafaela Aponte-Diamant
Xalis sərvət: 37,7 milyard dollar
Yaş: 80
Sərvət mənbəyi: Dəniz daşımacılığı
Vətəndaşlıq: İsveçrə
6. Savitri Jindal
Xalis sərvət: 35,5 milyard dollar
Yaş: 75
Sərvət mənbəyi: Jindal Group
Vətəndaşlıq: Hindistan
7. Abiqail Conson
Xalis sərvət: 32,7 milyard dollar
Yaş: 63
Sərvət mənbəyi: Fidelity Investments
Vətəndaşlıq: ABŞ
8. Miriam Adelson
Xalis sərvət: 32,1 milyard dollar
Yaş: 79
Sərvət mənbəyi: Kazino biznesi
Vətəndaşlıq: ABŞ
9. Marilin Simons
Xalis sərvət: 31 milyard dollar
Yaş: 74
Sərvət mənbəyi: Hedge fondları
Vətəndaşlıq: ABŞ
10. Melinda Frenç Gets
Xalis sərvət: 30,4 milyard dollar
Yaş: 60
Sərvət mənbəyi: Microsoft, investisiyalar
Vətəndaşlıq: ABŞ
Bu siyahı, dünya üzrə qadın milyarderlərin sayının artdığını və onların müxtəlif sahələrdə sərvət topladıqlarını göstərir.