11:40 24 dekabr 2020

Dünyanın ən bahalı rəsm əsərləri - ŞOK QİYMƏTLƏR

Rəsm əsərlərinin estetik dəyəri pul ilə ölçülə bilməz.

Buna baxmayaraq, gözəl sənət əsərlərinə müəyyən bir qiymət təyin olunur.

Dünyanın ən bahalı rəsm əsərlərinin siyahısını təqdim edirik:

1. Cekson Pollok, «Nömrə 5», 1948-ci il

i

Qiyməti- 140 milyon dollar. Satış tarixi- 02.11.2006

Cekson Pollok öz yaradıcılığında mücərrəd ekzistensial dram yaratmağa can atırdı.

Rəsmdə hər bir interpretasiya üçün açıq olan təkrar olunmaz emosional naxış yaradan bərabər şəkildə qəhvəyi və sarı çalarlar əks olunub.

2. Villem de Kuninq, «III Qadın», 1963-cü il

i (1)

Qiyməti- 137,5 milyon dollar. Satış tarixi – 2006-cı ilin noyabr ayı.

“III Qadın” de Kuninqin 1951- 1953-cü illərdə yaratdığı 6 əsərdən biridir və şəxsi kolleksiyada olan son əsəridir.

Mütəxəssislər hesab edirlər ki, bu əsər de Kuninqin muzeydə olan əsərlərindən ən yaxşısıdır.

3. Qustav Klimt, «Qızıl Adel», 1907-ci il

i (2)

Qiyməti- 135 milyon dollar. Satış tarixi- 18.06.2006

Qustav Kilmtin müəllifi olduğu «I Adel Blox- Bauerin portreti» həmçinin «Qızıl Adel» və yaxud «Avstraliyalı Mona Liza» olaraq adlandırılır.

4. Pikasso, «Sinə fonunda çılpaq qadın», 1932-ci il

i (3)

Qiyməti – 106, 482 milyon dollar. Satış tarixi- 05.05.2010

Rəsmdə Pikassonun sevdiyi qadınlarından biri- Mari-Terez Valter- əks olunub.

Mütəxəssislər hesab edirlər ki, «Sinə və yaşıl yarpaqlar fonunda çılpaq qadın» rəssamın şah əsəri hesab edilir.

5. Pablo Pikasso «Müştük ilə oğlan», 1905-ci il

i (4)

Qiyməti- 104,168 milyon dollar. Satış tarixi- 04.05.2014

Bu əsər 24 yaşlı Pablo Pikasso tərəfindən Monmartrda Boto- Lavuar yataqxanasında yaradılmışdı.

Rəsmdə əlində müştük və başında qızıl güllərdən tac olan naməlum bir oğlan əks olunub.

6. Pablo Pikasso, «Dora Maarın portreti», 1941-ci il

i (5)

Qiyməti- 92, 216 milyon dollar. Satış tarixi- 03.05.2006

Dora Maar sonsuzluqdan və psixoloji problemlərdən əziyyət çəkən faciəvi bir şəxsiyyətdir.

Pikassonun yaradıcılığında bu əsər qadın isteriyasının və 30- 40-cı illərdə hökm sürən ümumi böhranın təcəssümüdir.

7. Qustav Kilmt, «II Adel Blox- Bauerin portreti»

i (6)

Qiyməti- 87,936 milyon dollar. Satış tarixi – 08.11.2006

Bu əsərin müəllifi Adel Bloxun 90 yaşlı qohumu Mariya Altmandır. Rəsm əsərini hərracda amerikalı sahibkar Ronald Lauder əldə etmişdi.

8. Frensis Bekon, «Triptix. 1976»

i (7)

Qiyməti – 86,2 milyon dollar. Satış tarixi – 14.05.2008

Triptixin əsasında qədim yunan mifologiyasının süjetləri yerləşir.

9. Vinsent Van Qoq, «Həkim Qaşenin portreti», 1890-cı il.

i (8)

Qiyməti – 82,5 milyon dollar. Satış tarixi – 15.05.1990

Vinsent Van Qoq bu intim melanxolik əsəri öz intiharından bir neçə həftə öncə yaratmışdı.

Əsərdə Vinsent Van Qoqu onun son illərində müalicə edən ruhi xəstələr üçün klinikanın həkimi Pol Qaşe əks olunub.

10. Klod Mone, 1919-cu il «Gül hovuzu»

i (9)

Qiyməti – 80,5  milyon dollar. Satış tarixi – 24.06.2008

Bu əsəri Klod Mone yaşa dolduğu vaxtda, artıq görmək qabiliyyətini itirməyə başlayanda yaratmışdır.

# 3114
avatar

Oxşar yazılar