Dikdaban ayaqqabını  hansı kişilər geyinərdilər? -  Belə yaranıb
28 iyun 2022 18:28 (UTC +04:00)

Dikdaban ayaqqabını hansı kişilər geyinərdilər? - Belə yaranıb

Qədim Yunanıstanda altı 4-5 sm qalınlığında olan sandalları  aktyorlar geyərdilər ki,  bütün tamaşaçılar onları görə bilsin. 

Qədim Misirdə əkinçilər “kabluk”dan istifadə edirdilər. Əkinçilər palçıqlı torpaqlarda dikdabanlı ayaqqabılardan torpağa bərk yapışıb yıxılmamaq məqsədi ilə istifadə edirdilər. Xüsusən yağış mövsümündə belə ayaqqabılar daha çox işə yarayırdı.

Orta əsrlərdə qalın altlıqlı taxta başmaqlar Yaxın Şərqdə hamamda geyilirdi. Bu başmaqlar ayaqları qaynar daş döşəmələrdə yanmaqdan qorumaq məqsədi daşıyırdı. 

Orta əsrlərdə Avropada kanalizasiya sistemi olmadığına görə,  şəhər sakinləri  sidik və nəcisi küçələrə axıdırdılar.  Çox zaman  tualet ehtiyacı başa çatandan sonra tullantılar elə pəncərədən küçəyə atılırdı. Geniş kənarlı şlyapalar və hündürdabanlı ayaqqabılar da  natəmizlikdən qorunmaq məqsədilə meydana gəldi. O zamanlar qalın  taxta altlıqlı bu ayaqqabılara sabo deyilirdi.  İndi də qadınlar üçün hazırlanan  arxası açıq yay ayaqqabılar sabo adlanır.

Dəb olaraq hündürdabanlı ayaqqabını ilk dəfə Fransa kraliçası Yekaterina Medeçi geyinib. Onun “kabluk”unun hündürlüyü 5 sm idi. 1522-ci ildə öz nikah mərasiminə kraliça belə ayaqqabılarla gəldi.

Sonrakı dövrlərdə hamıdan hündür görünmək  üçün Mariya Tüdor konusa  bənzər dabanı olan ayaqqabı geyinərdi. XVI Lüdovik də öz 162 santimetrlik boyunu kompleks elədiyinə görə, 10  santimetrlik “kabluk” geyinirdi. Onun dabanlı ayaqqabıları məxmər parça, krujeva və qiymətli qaşlarla bəzədilirdi. 


Bu ayaqqabılar kişilər arasında daha çox dəbə düşmüşdü. Zadəganlar qırmızı, sadə insanlar isə qara dabanlı ayaqqabılar geyinirdilər. Avropalı zadəganlara “kabluk”lu ayaqqabı Yaxın Şərqdən kişilik simvolu olaraq keçmişdi.

XVI əsrin sonlarında güclü süvari ordusu olan I Şah Abbasın elçiləri Rusiya, Almaniya və İspaniyaya səfərlər edib, müttəfiqlər axtarırdılar. Döyüşçü süvarilər atı rahat idarə etmək üçün  dabanlı ayaqqabılar geyinirdilər (Çox sonralar bu dabanları mahmızlar əvəz elədi). Beləcə, Avropada geyimlərdə və ayaqqabılarda şərq üslubu istifadə edilməyə başladı. Dikdaban ayaqqabılar aristokratlar arasında “kişilik simvolu”na çevrildi. 

XVII əsrin 30-cu illərində  maarifçilik ideyalarının artması ilə qadınlar  kişilərin dəbini “oğurlamağa” başladılar. Dik dabanları da beləcə kişilərin əlindən aldılar. 1740-cı ildən etibarən kişilər daha dikdaban ayaqqabılardan istifadə etmədilər.   
 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2640
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar