Çin məcbur qalıb TikTokun yarısını Maska satır
14 yanvar 2025 06:38 (UTC +04:00)

Çin məcbur qalıb TikTokun yarısını Maska satır

Çin rəsmiləri sosial media platforması olan TikTokun ABŞ əməliyyatlarına nəzarəti İlon Maska təhvil verməyi müzakirə edirlər.

Lent.az xəbər verir ki, bu barədə Bloomberg agentliyinin mənbələri məlumat verib.

Məlumata görə, Pekin üçün prioritet ssenari TikTokun, ana şirkəti olan “ByteDance”in mülkiyyətində qalmasıdır.

Bununla belə, sosial platformanın satışı üçün son tarix yaxınlaşdıqca, Çin rəsmiləri fəaliyyət planlarını müzakirə etməyə başlayıblar ki, bunlardan da biri şirkətin ABŞ əməliyyatlarının Maska satılmasını nəzərdə tutur.

Qeyd edək ki, Çinin “ByteDance” şirkəti ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dəki fəaliyyətini dayandırmalıdır.

Hazırkı prezident Co Bayden 2024-cü ildə Konqres tərəfindən qəbul edilən qanunu müvafiq müddəalarla imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416
avatar

Oxşar yazılar