Kimisi çayına şəkər, kimisi süd, kimisi də darı əlavə edir.
Nə üçün darı çaya əlavə olunur?
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, darı ilə çay ənənəvi qazax içkisidir.
Darı ilə çayın faydalarını qiymətləndirmək çətindir. İltihab əleyhinə və sidikqovucu təsir göstərir, bədəndən toksinləri çıxarır, immunitet sistemini gücləndirir, maddələr mübadiləsini, dərinin, dırnaqların və saçın vəziyyətini yaxşılaşdırır.
Bu içki həm də mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır, qan şəkərini və təzyiqi aşağı salır, sümükləri möhkəmləndirir.
Çaya əlavə etməzdən əvvəl darı qızardılmalıdır. Sonra darı dənəvər çay ilə qarışdırın və qarışığın bir qaşığı üzərinə qaynar su tökün. Beş-yeddi dəqiqə darı ilə çay dəmləmək lazımdır.