Çoxlarının artıq vərdiş halına gətirdiyi burun eşməyin fəsadları ağır ola bilər.
Lent.az-ın xəbərinə görə, məsələni avstraliyalı alimlər araşdırıb.
Tədqiqatda ortaya çıxıb ki, burumn eşmək bakteriyaların orqanizmə girişini sürətləndirir. Burun boşluğunda selikli qişa zədələmndiyi üçün mnikroblar ora çox asanlıqla daxil olur. Buradan isə sinir sisteminə təsir edə bilir.
Bu yolla buruna daxil olan “Chlamydia pneumoniae” bakteriyası isə orqanizmdə qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Bunların başında isə Alzeymer dayanır.