Türkiyənin Ordu vilayətindəki Kurul qalasında 2100 illik maska və büstlər tapılıb.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Şərqi Qara Dəniz Bölgəsinin ilk elmi arxeoloji qazıntı sahəsi olan 2300 illik Ordu Kurul Qalasında tapılan və 2100 il əvvələ aid olduğu təxmin edilən 20-dən çox büst və maskalar təmizlik işlərindən sonra Ordu Paşaoğlu Köşk və Etnoqrafiya Muzeyində nümayiş etdiriləcək.
Vilayət Mədəniyyət və Turizm Müdiri Uğur Toparlak arxeoloji qazıntıların tarixi əhəmiyyətə sahib olduğuna diqqət çəkərək bildirib: “Qazıntılar nəticəsində aşkarlanan büst və maskaların təmizlik işləri qısa müddət sonra tamamlanacaq. İnventarlaşdırıldıqdan sonra sərgi sahəsində nümayiş etdiriləcək olan əsərləri ziyarətçilər görə biləcəklər”.
Bölgənin Qara dənizdəki çox əhəmiyyətli bir arxeoloji mərkəzə çevrildiyini ifadə edən Toparlak Kurul Qalasının BMT-nin, UNESCO-nun Dünya İrsi Müvəqqəti Siyahısına salınacağı vurğulanıb.