ABŞ-ın Kentukki ştatının Leksinqton şəhər sakinləri maraqlı bir akta imza atıblar. Şəhər alimləri onların adından kosmosa, yadplanetlilərə turizm məqsədilə dəvətnamə göndərib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yadplanetlilər üçün göndərilmiş məlumatda şəhərin görməli yerləri barədə məlumat verilib, mənzərələri, insanların şəkilləri paylaşılıb. Onlar yadplanetliləri şəhərlərini görməyə dəvət ediblər. Həmçinin göndərilən məlumatda su, dofomin, spirt və Kentukkinin Burbon şərabının kimyəvi formulu barədə məlumat yer alıb.
“Məktub” öz sahiblərinə 39 il sonra çatacaq. O TRAPPIST-1 ulduz sisteminə göndərilib.