Bu bitkiləri  sarımsağın yanında   əkin – Rekord məhsul verəcək
19 mart 2024 17:50 (UTC +04:00)

Bu bitkiləri sarımsağın yanında əkin – Rekord məhsul verəcək

Bir-biri üçün düzgün seçilmiş bitkilərin xəstəliklərdən və zərərvericilərdən qoruduğu, məhsuldarlığı artırdığı çoxdan bilinən bir şeydir. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aqronom Anastasiya Kovriznux , hansı bitkilərin yanında sarımsaq əkmək lazım olduğu haqda danışıb. 

Onun sözlərinə görə, bir neçə bitki var ki, sarımsağın yanında əkilməsi vacibdir. Bəs, bunlar hansı bitkilərdir? Onları təqdim edirik: 

1. Adaçayı öz növünün unikal bitkisi hesab olunur. Bu bitki xüsusilə zərərvericiləri və soğan milçəklərini sarımsaqdan uzaqlaşdırır. Məhsul üçün narahat olmaq lazım deyil. Çünki kimyəvi maddələr olmadan böyüyür.

2. Kök sarımsaqla heç vaxt rəqabət aparmır və sarımsağın həqiqətən xoşladığı torpağı daha yumşaq edir.

3. Eyni fəsiləyə aid olan soğam və sarımsağın da birlikdə əkilməsi məsləhətdir. Onlar torpağın keyfiyyətinə və qayğı şəraitinə oxşar tələblərə malikdirlər.

4. Sarımsağın məhsuldarlığını artırmağın başqa bir sadə yolu isə onu cəfərinin yanında əkməkdir. Çünki göyərti sarımsağın böyüməsinə və inkişafına müsbət təsir göstərən maddələr ehtiva edir.

Bununla yanaşı, şüyüd və ya reyhanın yanına da sarımsaq əkə bilərsiniz. 

# 26256
avatar

Sevinc Fərid

Oxşar yazılar