Bu bitki 60 ildir niyə solmur? - SİRRİ AÇILDI
28 may 2022 22:35 (UTC +04:00)

Bu bitki 60 ildir niyə solmur? - SİRRİ AÇILDI

1960-cı ilin bir bazar günü. David Latimer adlı gənc şüşə qabda bitki əkmək istəyir.

Lent.az-ın xəbərinə görə, o, 38 litrlik qaba torpaq, gübrə və su tökərək tradeskansiya bitkisi əkib. Bitki növbəti dəfə 1972-ci ildə suvarılır və qab hermetik bağlanır.

Üstündən illər keçsə də bitki məhv olmur və bu gün qabı demək olar doldurub. Bəs bunun sirri nədir?
Səbəb sadədir:  şüşədəki canlılar özlərinə məxsus ekosistem yaradıblar. Bakteriyalar çürüntünü parçalayaraq karbon qazına çevirir və bitki bununla qidalanır. Sonra isə fotosintez sayəsində karbon oksigenə çevrilir. Eynən Yer kürəsindəki kimi. Bitkinin udduğu su da buxarlanaraq rütubət balansı yaradır. Beləcə, həyat davam edir.
 

# 3285
avatar

Oxşar yazılar