Bu ağaclar   yaşayış sahəsinə yaxın əkilməməlidir - Təhlükəlidir
01 aprel 2024 13:14 (UTC +04:00)

Bu ağaclar yaşayış sahəsinə yaxın əkilməməlidir - Təhlükəlidir

Şəxsi ərazidə əkmək üçün ağac seçiminə məsuliyyətlə yanaşmaq lazımdır. 

Lent.az-ın məlumatına görə, bir neçə ağac növü var ki, onları yaşayış sahəsinə yaxın ərazilərdə əkmək məsləhət deyil. 

Bu ağaclardan biri palıddır. Evin və ya digər binaların yaxınlığında əkmək qəti qadağandır. Çünki ağacın güclü kökləri təmələ zərər verə bilər.

İkincisi, ağcaqayındır. Bu ağacda güclü kök sisteminə malikdir və torpaqdan bütün qidaları özünə çəkir.

Binaların yanında əkilməməsi lazım olan bir ağac növü də qovaqdır. Qovaq külək əsəndə asanlıqla qırılan çox kövrək bir ağacdır. Buna görə də onu evin yaxınlığında əkmək təhlükəlidir. 

Sonuncu ağac şamdır. Bir qayda olaraq, şam ağaclarının ətrafında ümumiyyətlə heç nə bitmir. Onlar sıx kölgə yaradırlar və demək olar ki, heç vaxt torpağı humusla zənginləşdirmirlər.

Bağınıza söyüd əkmək də tövsiyə edilmir. Çünki söyüd əraziyə yarpaq bitlərini cəlb edir.
 

# 2940
avatar

Sevinc Fərid

Oxşar yazılar