Az pul ilə səyahət edə biləcyiniz ÖLKƏLƏR
09 may 2021 08:16 (UTC +04:00)

Az pul ilə səyahət edə biləcyiniz ÖLKƏLƏR

Səyahət etmək  azadlıq, həyat tərzidir. Yeni yerlər, mədəniyyət və insanlar kəşf etmək dünyagörüşünə təsir edir. 

Səyahət etməyə mane olan ən əsas problem isə maddi təminatdır. Bəziləri bunun üçün çoxlu vəsaitə ehtiyac olduğunu düşünür.  Amma az büdcə ilə dünyanı gəzmək də mümkündür.

Lent.az səyahət üçün  yüksək maddiyyat tələb etməyən ölkələri təqdim edir:

İndoneziya 

240 milyon əhalisi olan İndoneziyada çoxlu kiçik adalar var. Daim aktiv olan vulkanlar, təmiz çimərlik turistlərin sevimli məkanlarındandır. İndoneziyada ən bahalı restoranda şam yeməyinin qiyməti bir dollardı. 

Kamboca 

Az büdcə ilə səyahət edə biləcəyiniz daha bir ölkə Kambocadır. Angor Vatın qədim xarabalıqlarını gəzə və təmiz çimərliklərdə istirahət üçün çox pul tələb olunmur. Burada qiymətlər o qədər ucuzdur ki, ən yaxşı kafe və restoranda çox nadir halda 5 dollar ödəyəcəksiniz. Spirtli içkilərin qiyməti 25 sentdən başlayır. 

Tailand 

Tailandın paytaxtı Banqkok yaşamaq üçün bahalı şəhər sayılır. Amma turistlər üçün gəzmək və istirahət etmək əlverişlidir. Burada James Bond adasını ziyarət edə, pələngləri yaxından izləyə bilərsiniz. 

Hindistan 

Dünyanın ən ucuz ölkələrindən biri Hindistandır. Burada bir qab sadə yeməyin qiyməti 60 sentdir. Bundan əlavə paytaxt Dehlini çox ucuz nəqliyyat vaistəsi ilə də gəzmək mümkündür. 

Fillipin 

Fillipin dünyanın ən ekzotik və sıx əhalisi olan ölkələrdən biridir. Burada iyun –noyabr ayı yağıntılı keçsə də, ümumilikdə hava isti olur. Ölkədə xidmət sektoru çox inkişaf edib və ucuzdur. Gündəlik 6-8 manata gözəl tətil edə bilər, bütün növ nəqliyyat vaistəsi ilə meşələri, maraqlı məkanlara səyahət edə bilərsiniz.

Bolqarıstan

7 milyon əhalisi olan ölkə Türkiyə ilə qonşudur. Ölkədəki yaşamaq və turist kimi səyahət etmək üçün qiymətlər çox münasibdir. 


Çin 

Gözəl və mistik bir tətil arzulayanlar üçün Çin ən uğurlu seçimdir. Əhalisi və ucuz işçi qüvvəsi ilə tanınan ölkədə 2-10 manat civarında bir otel tapmaq mümkündür. Yemək üçün ortalama qiymət isə 1-2 manat arasındadır. Yemək probleminiz varsa, fast-food şəbəkələrində əlverişli qiymətlərlə qarşılaşacaqsınız. 

Yunanıstan

Səyahət etmək üçün daha bir ucuz ölkə Yunanıstandır. Burada otellərdə yemək və içki orta hesabla 20 dollardır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5469
avatar

Nigar Adil

Oxşar yazılar