Avtomobillərdəki bu düymə nə işə yarayır?
22 mart 2024 03:15 (UTC +04:00)

Avtomobillərdəki bu düymə nə işə yarayır?

Avtomobillərdə hər zaman gördüyümüz, lakin çoxumuzun nə etdiyini bilmədiyimiz "daxili dövriyyə" düyməsi maraq doğurur.

Daxili dövriyyə düyməsi avtomobilin kondisioner sistemlərində olan bir xüsusiyyətdir. Bu düymə avtomobilin daxili hava dövranını idarə etmək üçün istifadə olunur. Buna bəzən"resirkulyasiya" deyilir.

Daxili sirkulyasiya düyməsi söndürüldükdə, o, təmiz havanı avtomobilin xaricindən götürür və içəriyə gətirir. Lakin bu, xaricdən pis qoxuların və ya çirkli havanın daxil olmasına səbəb ola bilər.

"Daxili dövriyyə" düyməsi işə salındıqda, o, avtomobilin içindəki havanı təkrar dövr etdirir ki, bu da xaricdən pis qoxuların və ya çirkli havanın qarşısını alır. Daxili havanın keyfiyyəti xüsusən də tıxac vaxtı işə yaraya bilər.

Bu xüsusiyyət həm də avtomobilin kondisioner sistemini daha səmərəli edə bilər, çünki təkrarlanan daxili hava daha tez soyudula və ya qızdırıla bilər.

# 2991
avatar

Oxşar yazılar