Atomun sirrini SSRİ-yə təmənnasız satan, gələcək fəlakətin qarşısını alan  CASUS ALİMİN PEŞMANLIĞI 
11 fevral 2021 12:00 (UTC +04:00)

Atomun sirrini SSRİ-yə təmənnasız satan, gələcək fəlakətin qarşısını alan CASUS ALİMİN PEŞMANLIĞI 

ABŞ və İngiltərə atom bombasının hazırlığını sürətləndirirdi. Belə fonda nədənsə SSRİ sakit təsir bağışlayırdı.

Əslində sovetlər bu prosesə 1940-cı ildən başlamışdı. Lakin çox bahalı və uzun müddət tələb etdiyindən atom hazırlığına o qədərdə əhəmiyyət vermirdi, o vaxta qədər ki... 

Həmin gün gəldi: iki istiqamətdən ötürülmüş kəşfiyyat məlumatları... SSRİ rəhbərliyi dərhal işə keçməyi əmr etdi. 

Bəs kəşfiyyat məlumatları necə əldə edilmişdi? 

Onlardan biri 1942-ci ildə Krım istiqamətində gedən döyüşlərdə 56-cı briqadanın apardığı döyüşlər zamanı həlak olmuş alman zabitinin cibindən çıxan fizikaya dair hesablamalar idi. Qeydlər araşdırılandan sonra bunun əslində atom reaktoruna dair hesablamalar olduğu üzə çıxdı. 

İkinci kəşfiyyat məlumatı isə SSRİ üçün inanılmaz dərəcədə “göydəndüşmə” oldu. Bu, dünyanın gələcək düzəninə faydalı olacaqdı...

Xəbəri XX əsrin ən böyük casuslarından hesab edilən alman əsilli Klaus Fuçs ötürmüşdü. O, amerikalıların atom bombasına dair bütün işlərin layihəsini olduğu kimi, özü də təmənnasız ruslara ötürmüşdü. 

Fizik hesab edirdi ki, bu hərəkəti ilə o, dünyada güc balansını qorumağa xidmət etdiyini hesab edir və bununla da gələcəkdə mümkün fəlakətlərin qarşısını almış olurdu. 

Fuçs təkcə atomun yox, həm də hidrogen bombasının sirlərini də SSRİ-yə ötürmüşdü. 

Tarixdə ABŞ və İngiltərə Fuçsu “xain” kimi qələmə versə də, heç ruslar özü də buna görə ona “təşəkkür” etmir. Əksinə, atomu başqa bir alimin adı ilə bağlayırlar. 

Qısa hşiyə: Klaus Fuçs 1911-ci ildə Almaniyanın Russelheim şəhərində protestant rahibin ailəsində dünyaya gəlib. Leypsiq Universitetinin fizika bölməsini bitirir. Daha sonra kommunist partiyasına qoşulduğundan ölkəsində təqib edilir və İngiltərəyə qaçır. Bristol universitetində təhsilini tamamlayır, ondan sonra isə Birminqem Universitetində məşhur nüvə fiziklərindən olan Rudolf Peierlsin yanında işləməyə başlayır...

Sonradan məlum olur ki, Rudolf ingilislər üçün nüvə bombası layihəsi üzərində çalışır. Fuçs elə o zamandan ruslar üçün casusluq etməyə başlayır. Taleyin “xoş təsadüfü”nə baxın ki, bir müddət sonra ABŞ İngiltərədən atom bombası ilə bağlı kömək istəyir.  İngiltərədən ABŞ-a gedən heyətin içində Fuçs da olur. Orada o, artıq amerikanların da bomba hazırlıqları barədə KQB agenti Feklisov vasitəsilə rusları mütəmadi olaraq xəbərdar edir.

Hidrogen bombasının atası sayılan Edvard Teller (1908-2003) daha sonra xatirələrində yazır: 

“Fuçs casus olmasına baxmayaraq, atom bombasının hazırlanmasında çox böyük rolu olan alim idi. O, həm bombanın hazırlanmasında iştirak edir, həm də bu sirləri ruslara ötürür. Müharibə bitəndən sonra isə heç nə olmamış kimi İngiltərəyə dönüb nüvə mərkəzlərinin birinin rəhbəri işləyir. Maraqlı məqamlardan biri də odur ki, Fuçs təmənnasız olaraq rusların xeyrinə casusluq etməsinə baxmayaraq, bir müddət sonra onların sovetlərin yeritdiyi siyasəti bəyənməyib, özünün dediyi kimi, “vicdanının səsini dinləyəndən sonra” bu işi dayandırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4848
avatar

Rəsul SARI

Oxşar yazılar