Məşhur türkiyəli prodüsser və televiziya rəhbəri Acun Ilıcalı azərbaycanlı olduğunu açıqlayıb.
Lent.az xəbər verir ki, o cavan qalmasının genetik olduğunu bildirib: “Cavan qalmağım ailədən qaynaqlanır. Bu genetik şansdır. Azərbaycan köklüyük. Babalarımız Azərbaycandan gəlmədir. Məncə sirr bundadır. Dünyanın ən sağlam adamı deyiləm. Amma yaşıma görə pis görünmürəm”.