Mişel Lotito 57 illik həyatı ərzində məşhurlaşaraq Ginnesin Rekordlar Kitabına düşə bilib. Onu bu kitaba salan gördüyü hər şeyi yeməsi olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təəccüblü deyil, çünki onun yediyi bütün metal qırıntılarını toplasanız, onun mədəsindən Cessna təyyarəsinin keçdiyi məlum olur.
Mişel 9 yaşında həmyaşıdlarının qarşısında stəkanı sındıraraq yeyib. Zamanla şüşə butulkaları yeməyə keçib. Amma bir gün şüşə məmulatlardan bezib, digər yeyilməz əşyalara keçib:
velosipedlər;
televizorlar;
alış-veriş arabaları.
Bütün bu metal qırıntılarını kiçik parçalara ayırıb, yağ və su ilə yeməyə başlayıb. Nəticədə rekordçu Pik xəstəliyinə tutulub və həyatı boyu 9 ton metal qırıntısı yeyərək 2007-ci ildə ölüb.