
"51-ci Bölgə"nin sirri, qadağan olunan bölgə: Bura gedənləri nələr gözləyir?
Dünyada bir çox gizli olan və çoxları üçün qaranlıq qalan məkanlar var. Bunlardan biri də "51-ci Bölgə"dir.
Varlığı rəsmi məlumatlarda yer almayan və "Area 51" olaraq bilinən bölgə, Las-Vegasın 153 km şimalında yerləşən Groom gölü yaxınlarında olan Nevada çölündə yerləşir. Bölgəyə ən yaxın yaşayış yeri şimaldakı "Rachel" qəsəbəsidir. Bölgəyə giriş qadağandır. Bölgədə ştatın qaydaları işləmir. "51-ci Bölgə"-nin təhlükəsizliyini "Cammo Dudes" adı verilən bir qrup yerinə yetirir. Bölgəyə yaxınlaşan insanlar müəyyən bir zamandan sonra bu insanları görür. Həmin qrup, insanları bölgəni tərk etmək üçün xəbərdar edirlər. Əgər xəbərdarlığa riayət olunmasa pul cəzası kəsilir. Əgər bölgəyə girən şəxslər daha da irəli getsələr onlar öldürülür.
Lent.az xarici mətbuatlara istinadən məlumat verir ki, burda təyyarələr və düşmən silahları araşdırılır, yeni təyyarələr test edilir.
Bir çox UNO (Uçan naməlum obyekt) mütəxəsislərinə görə 1960-cı illərdə dünyaya gələn və düşən bir UNO-nun qalıntıları ilə yadplanetlilərin bədənləri bu bölgədə saxlanılır. Həmin mütəxəsislərə görə hazırda ABŞ hökuməti bu bölgədə yadplanetlilər üzərindəki araşdırmalarını davam etdirir.
"51-ci Bölgə" haqqında bu günə qədər bir çox fikir səslənib. Bunlardan ən məşhuru burada yadplanetlilərin araşdırılmasıdır. 1947-ci ildə yaşanan "Roswell UNO" qəzası sonrası tapılan yadplanetli cəsədinin bölgədə saxlanıldığı iddia edilir.
"51-ci Bölgə" də tam olaraq nəyin araşdırıldığı bilinməsə də ərazidə yadplanetlilərlə bağlı araşdırmalar aparıldığı söz-söhbətləri dillərdən düşmür. Bölgə ilə bağlı açıqlama verən şəxslər isə hökumət tərəfindən susdurulur.
Lent.az bu qadağan olunan bölgə haqqında maraqlı məlumatlarla zəngin olan videonu təqdim edir:

Lamiyə Məmmədova
Oxşar yazılar

Ağaca dırmaşan, maraqlı və utancaq MANDARİN ÖRDƏYİ
6 mart 2021 , 18:54
Şalvarı yanan alim “Apple” şirkətini MƏHKƏMƏYƏ VERDİ
6 mart 2021 , 16:31
Səkkiz il birlikdə işləyən rəfiqələrin bacı olduğu ortaya çıxdı
5 mart 2021 , 19:54
Timsahlar fermadan qaçdılar: onları xüsusi polis dəstəsi axtarır -VİDEO
5 mart 2021 , 18:41
Bunlardan görməmisiniz: “ulduz xiyar”, “ürək qarpız”...
5 mart 2021 , 09:39
Gözəlliyindən kişilər başlarını itirir - FOTOLENT
4 mart 2021 , 18:52
Restoranlar bu üsula da əl atdı: ara masalarda...-FOTOLENT
4 mart 2021 , 09:43
40 yaşlı qadınlardan gənc xanımlara 18 MƏSLƏHƏT –BUNLARI ETMƏYİN
3 mart 2021 , 12:00