300 ədəd iPhone aldı, yarısını oğurladılar
06 dekabr 2022 06:40 (UTC +04:00)

300 ədəd iPhone aldı, yarısını oğurladılar

Maraqlı hadisə Nyu-Yorkda baş verib.

Lent.az xəbər verir ki, şəhər sakini telefon qıtlığının olacağını düşünərək 300 ədəd iPhone 14 telefonu alıb.

27 yaşlı nyu-yorklu gecə saatlarında 300 ədəd telefon alaraq onları 3 kisədə maşına yerləşdirib. Elə bu anda başqa avtomobil yaxınlaşıb. Onlar sürücünü yumruqla vuraraq kisələrdən birini götürüb aradn çıxıblar. 230 000 dollarlıq telefonlardan 95 000 dollarlığı (125 ədəd) oğurlanıb.

Polis hadisəni törədənləri axtarır. Lakin alıcının da davranışı qeyri-müəyyəndir. Gecənin bir aləmi bu qədər telefon almağın səbəbi bəlli deyil. 
 

# 1731
avatar

Oxşar yazılar