30 yaşlı kişiləri niyə  50 yaşlı qadınlar   cəlb edir? - Monika Belluççi
25 mart 2024 10:45 (UTC +04:00)

30 yaşlı kişiləri niyə 50 yaşlı qadınlar cəlb edir? - Monika Belluççi

Aktrisa və model Monika Belluççi 50 yaşdan sonra da gözəl ola biləcəyinizi öz nümunəsi ilə sübut edən parlaq qadınlardan biridir. O, 30 yaşdan sonra karyera uğuruna imza atıb, 40-a yaxın yaşında ana olub və qadının öz taleyinin ağası ola biləcəyini göstərib...

Lent.az-ın xarci KİV-ə istinadən məlumatına görə, Monika Belluççi "30 yaşlı kişi 50 yaşlı qadınla görüşəndə niyə hamı belə şoka düşür?" – soruşub və öz sualına cavab verib:

“Bu, bədənin yaşı deyil, enerji və ruhla bağlıdır. Əsl seksuallıq yaşda deyil, başda, fantaziya etmək bacarığında və zəngin təxəyyüldədir.

20-30 yaşlarında olan kişilərin xeyli yaşlı qadınlarla görüşməsinə təəccüblənmirəm. Kişilərin İzabel Yupper, Katrin Denev və Şarlotta Remplinq kimi yaşlı qadınları çox cəlbedici görməsi məni təəccübləndirmir.

Kişilər Cudi Dençə baxır və onun nə qədər enerjiyə malik olduğunu görürlər. Və çox cəlbedicidir. Mən də bu qadınlara baxıram və ümid edirəm ki, illər keçdikcə bu daxili sərvəti əldə edə biləcəyəm”.
 

# 5610
avatar

Oxşar yazılar