Milad analarından sağlamlıq mesajı
24 dekabr 2020 10:48 (UTC +04:00)

Milad analarından sağlamlıq mesajı

21 model "Milad anası" kimi dənizə girdi: “Maska taxın, sağlam qalın”

Yeni ilə sayılı günlər qalmış "21 Milad anası" kamera qarşısına keçərək “Maska taxın, sağlam olun” çağırışını edib.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, 13 ildir ənənəvi olaraq yeni ildən əvvəl Antaliyada keçirilən “Milad anası” çəkilişləri bu il koronavirus kölgəsi altında reallaşdı.

Pandemiya məhdudiyyətləri səbəbiylə bu il sahildə çəkilən kadrlar rəngli görüntülərlə göz oxşayıb.

2021-ci il üçün xüsusi olaraq 21 model "Milad anası" obrazını canlandırıb. Əyinlərindəki libaslara uyğun maskalar taxaraq kamera qarşısına keçiblər.

Yaratdıqları ürək fiquru və taxdıqları qırmızı maskalarla dünyaya “sağlamlıq və əmin-amanlıq” mesajı verən "Milad anaları", dənizə girməyi də unutmayıblar. Onları seyr edən turistlərlə xatirə şəkli çəkdirən "anaları", bir ağızdan “Maska taxın, sağlam qalın” sözlərini deyiblər.

 

# 2340
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar