2026  bu 4 tarixdə  doğulanlar üçün böyük irəliləyişlər ili olacaq
26 fevral 2026 19:44 (UTC +04:00)

2026 bu 4 tarixdə doğulanlar üçün böyük irəliləyişlər ili olacaq

0

2026-cı il qlobal miqyasda ciddi dəyişikliklərlə yadda qala bilər. Numeroloqların fikrincə, bu il universal 1 ili hesab olunur və yeni başlanğıcların simvolu kimi qiymətləndirilir. Müəyyən tarixlərdə doğulan insanlar isə nadir güzgü dövrü yaşayacaqlar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, numerologiyada 1 rəqəmi liderlik, başlanğıc və idarəçilik enerjisini ifadə edir.

Müəlliflər bildirirlər ki, müəyyən tarixlərdə doğulan şəxslər üçün 2026-cı il karyera və şəxsi həyatda böyük irəliləyişlərlə yadda qala bilər.

Qeyd edək ki, astrologiya, numerologiya və oxşar sahələr elmi cəhətdən təsdiqlənmiş istiqamətlər deyil və əsasən ənənəvi inanclara söykənir. Bu kimi proqnozlar daha çox əyləncə xarakteri daşıyır.

Ayın 1-də doğulanlar

Ayın 1-də dünyaya gələnlər üçün 2026-cı il daxili güc və enerji ilə üst-üstə düşən bir mərhələ kimi qiymətləndirilir. Numeroloqlar hesab edirlər ki, 2025-ci ildə özünü kölgədə hiss edən və ya istiqamətini itirdiyini düşünən şəxslər üçün qarşıdakı il yeni başlanğıclar üçün əlverişli zaman olacaq.

Bu tarixdə doğulanlara yeni biznesə başlamaq, vəzifə yüksəlişi üçün addım atmaq və ya peşəkar istiqamətlərini dəyişmək tövsiyə olunur.

Ayın 10-da doğulanlar

10-da doğulanlar 1 və 0 rəqəmlərinin enerjisini daşıyır. Mütəxəssislər bildirirlər ki, bu birləşmə məhdudiyyətsiz potensialı simvolizə edir.

Numerologiyada 10 rəqəmi tez-tez tale çarxı adlandırılır. 2026-cı ildə bu tarixdə doğulanlar üçün kiçik ideyanın böyük uğura çevrilməsi ehtimalı yüksək qiymətləndirilir. Xüsusilə indiyədək kölgədə çalışan şəxslərin daha geniş auditoriyaya çıxış əldə edə biləcəyi vurğulanır.

Ayın 19-da doğulanlar

Ayın 19-da doğulanlar üçün 2026-cı il günəşvari yenilənmə dövrü kimi xarakterizə olunur. Numeroloqlar bildirirlər ki, son illərdə çətinlik və ya “karmik sınaqlar” yaşayan şəxslər qarşıdakı ildə bu təcrübələri gücə çevirə bilərlər.

Peşəkar sahədə isə bu dəyişiklik rəhbər, mentor və ya məsləhətçi roluna yüksəliş kimi özünü göstərə bilər.

Ayın 28-də doğulanlar

28-də doğulanlar 2 rəqəminin diplomatik xüsusiyyətlərini və 8 rəqəminin ambisiyalı, idarəçi enerjisini birləşdirir.

Mütəxəssislərin fikrincə, 2026-cı ildə onların uğuru əsasən tərəfdaşlıqlar və böyük maliyyə qərarları ilə bağlı olacaq. Uzunmüddətli investisiyalar, daşınmaz əmlak layihələri və strateji əməkdaşlıqlar bu tarixdə doğulanlar üçün ön plana çıxa bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar