Xəstəxanaya yerləşdirilən Xalq artistinin  SON DURUMU
08 aprel 2021 12:12 (UTC +04:00)

Xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU

Aprelin 2-də açıq ürək əməliyyatı keçirən Xalq artisti Azər Zeynalovun səhhətindən xəbər var.

Respublika Diaqnostik Mərkəzdən Lent.az-a verilən məlumata görə, 56 yaşlı müğənninin vəziyyəti hazırda normaldır:

“Azər bəyin vəziyyəti keçirilmiş əməliyyata uyğun olaraq normal sayılır. Hazırda Respublika Diaqnostik Mərkəzdə müalicəsi davam etdirilir. Danışa bilməməsi barədə yazılanlar doğru deyil. Danışa bilir, vəziyyəti yaxşıdır. Nə vaxt evə buraxılacağı isə hələ dəqiq deyil”.

Qeyd edək ki, Azər Zeynalov martın 10-da infarkt keçirib.

Xalq artisti Azər Zeynalov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7536
avatar

Yalçın UĞUR

Oxşar yazılar