Müğənni Xatirə İslam və onun həyat yoldaşı Fəxrəddin Musazadə
16 aprel 2021 15:04 (UTC +04:00)

Müğənni Xatirə İslam və onun həyat yoldaşı Fəxrəddin Musazadə

Xəstəxanadan Xatirə və əri barədə YENİ AÇIQLAMA - VƏZİYYƏTİ AĞIRDI

Aprelin 15-də xəstəxanaya yerləşdirilən müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadədən xəbər var.

Bakı Sağlamlıq Mərkəzindən Lent.az-a verilən məlumata görə, X.İslamın səhhəti orta ağırlıqda, F.Musazadənin vəziyyəti isə ağırdır:

“Sevilən müğənnimiz Xatirə (İslam) Əzizova və həyat yoldaşı Fəxrəddin Musazadə dünən gecə Bakı Sağlamlıq Mərkəzinin İnfeksion COVID-19 şöbəsinə “Viral pnevmoniya” diaqnozu ilə qəbul edilib. Xatirə Əzizovanın vəziyyəti orta ağırlıqda, Fəxrəddin Musazadənin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Müayinə və müalicə tədbirlərinə başlanılıb, hazırda müalicələrinə davam etdirilir”.

Qeyd edək ki, bu barədə ilk xəbəri bu gün Lent.az yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 85092
avatar

Yalçın UĞUR

Oxşar yazılar