Xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.
Lent.az-ın məlumatına görə, Xalq artisti bu gün Türkiyədə əməliyyat olunub. Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O bildirib ki, müğənni bir müddətdir onkoloji xəstəliklə mübarizə aparır: "Eşitdiyimə inanmaq istəmədim, amma Ağadadaş Ağayevin xərçəng xəstəsi olması və Türkiyədə müalicə alması həqiqət imiş. Müğənni həyatda qalmaq üçün mübarizə aparır. Bu gün əməliyyat olundu. Xəstəlik ona əziyyət versə də, bu haqda heç kimə bildirməyib".