Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən xalq artisti Canəli Əkbərov səhhətindən danışıb.
Lent.az-a açıqlama verən 79 yaşlı muğam ifaçısı bildirib ki, hazırda səhhətinin yaxşılaşması üçün həkimlər səy göstərirlər: “Xəstəxanaya yerləşdirildiyim gündən yanıma yüzlərlə insan gəlib. Elə sizinlə danışanda müğənni Yaqub Zurufçu yanıma gəldi. Həkimlər 12 gündür çalışırlar, hələ bir nəticə hasil olmayıb. İrəliləyiş yoxdur. Problem ayaqlarımdadı. İnşallah, yaxşı olaram”.