Azərbaycanlı müğənni Xatun Əliyeva burnunu əməliyyat etdirib.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Mərdi qova-qova namərd edirlər. O qədər burda yazdılar, lağ etdilər ki, burnunuzu kəsdirin, mən də kəsdirdim. Səbirsizlənirəm. Gipsin çıxarılacağı günü gözləyirəm. Burnumun tam şişi yatmayana qədər efirə də çıxmayacam. Kaş burnumun yeni forması gözəl ola”.