Türkiyəli müğənni Azərbaycan mahnısını oxuyub, bəstənin adını dəyişdi
23 iyun 2014 11:59 (UTC +04:00)

Türkiyəli müğənni Azərbaycan mahnısını oxuyub, bəstənin adını dəyişdi

Türkiyənin tanınmış müğənnilərindən olan İrəm Dərici maraqlı addım atıb. Lent.az-ın məlumatına görə, türkiyəli müğənni Azərbaycanda bir çox sənətçilərin ifasında səslənən “Nazəndə sevgilim” mahnısını oxuyub. İfaçı sözləri İslam Səfərliyə, musiqisi isə Andrey Babayevə məxsus olan mahnını yeni işıq üzü görən albomuna əlavə edib. Mahnı albomda “azeri şarkısı” adı ilə yer alıb.

 

Xatırladaq ki, “Nazəndə sevgilim” adlı bəstənin Türkiyənin digər tanınmış müğənnisi Sinan Özən də ifa edərək, ötən ay işıq üzü görən albomuna əlavə edib.

 

Qeyd edək ki, eyni bəstəni illər öncə Azərbaycandan Rəşid Behbudov öz repertuarına daxil etmişdi. Türkiyədən isə bu mahnını Muazzes Ersoy, Ebru Yaşar kimi bir çox sənətçilər oxuyub.

 

 

# 1734
avatar

Yalçın UĞUR

Oxşar yazılar