“Əksər insanlar elə bilir ki, mən boşanmışam. Amma əslində həqiqət bu deyil”. Bu sözləri “Space”-in “Bizim gün” verilişində qonaq olan aşıq Zülfiyyə deyib. Şəxsi həyatından danışan saz ustası haqqında gəzən şayiəyə son qoyub:
“Şayiələrdən bezmişəm. Deyirlər ki, guya mən boşanmışam. Amma çoxları bilir ki, mən hər bir məclisə, hər yerə həyat yoldaşımla gedirəm. Hətta bu şayiədən ağladığım vaxtlarda olub. Amma həyat yoldaşım mənə dəstək oldu. O, mənə dedi ki, “sən tanınmış adamsansa sənin barəndə söz-söhbətlərin olması normal haldı. Fikir vermə”. İstəmirdim mənim haqqımda neqativ danışsınlar. Amma bu cür şayiələr oldu. Bir adam deyə bilməz ki, onu hər kəs sevir. Məni sevməyənlər də var”.