Türkiyəli müğənni Nadir və Röya ilə eyni səhnəni bölüşəcək
Türkiyənin tanınmış müğənnisi Sibel Can bu gün Bakıya gəlib. Lent.az-ın məlumatına görə, türkiyəli məşhurun Azərbaycana gəlməsinə səbəb, sabah Şamaxıda yeni fəaliyyətə başlayan otelin açılış mərasimidir.
Konsertdə çıxış edəcək müğənni N.Qafarzadə Lent.az-a bildirib ki, Şamaxıda keçiriləcək konsert təklifini xeyli müddət öncə alıb: “Bu gün və sabah Şamaxıda otelin açılış mərasimi keçiriləcək. Həmin konsertdə mənimlə eyni səhnəni Türkiyədən Sibel Can və Dilək Şimşək, Azərbaycandan Röya və rəqqasə Oksana Rəsulova bölüşəcək. Yaxşı bir konsert olacağına inanıram”.