Tanınmış jurnalist Sevil Nuriyeva ana olub. Lent.az-ın məlumatına görə, aparıcı bu barədə “facebook” səhifəsində yazıb: “Bu gün ( 28.05.2014) səhər həyat yoldaşım Etimadla birlikdə heç vaxt yaşamadığımız hisləri yaşadıq. Oğlumuz İlyas doğuldu. Həmd olsun. Mənim üçün dua edən, sevinən, axtaran hər kəsə təşəkkür. Allah hər kəsə bu duyğunu yaşamağı nəsib etsin”.
Qeyd edək ki, S.Nuriyeva uzun müddət “Ans” telekanalında işləyib. Hazırda ailəsi ilə birgə Türkiyədə yaşayır.