Xalq artisti Səməd Səmədov yaratdığı “Qismət” qrupunu yenidən bir araya gətirib. Lent.az-ın məlumatına görə, o, bir müddət öncə “Qismət” qrupun dağıldığını bəyan etsə də, lakin yenidən eyni adla tamaşaçılar qarşısına çıxacağını vurğulayıb.
Bu arada qrup ilk işini də təqdim edib. Onlar sözləri və musiqisi Samir Vidaya məxsus olan “Mənə belə gözəlsən” adlı mahnıya klip çəkdiriblər.
S.Səmədov Lent.az-a bildirib ki, o, artıq “Qismət” qrupuna yeni üzv də qəbul edib: “Bildiyiniz kimi artıq uzun illərdir ki, “Qismət” qrupu fəaliyyət göstərir. Müxtəlif illərdə qrupun heyəti dəyişsə də, ad dəyişməzdir. İndi isə qrupumuza yeni üzv Habil Məmmədov gəlib. Sevda Rzayeva isə illərdir ki, bizimlə birgədir. Bir araya gəlib, “Mənə belə gözəlsən” adlı bəstəyə klip də çəkdirmişik. Düşünürəm ki, yaxşı bir klip ərsəyə gəlib.
Onu da əlavə edək ki, S.Səmədovun “Qismət” qrupu adında daha bir qrupu var. Həmin qrupda isə 3 gənc oğlan ifa edir.
“Mənə belə gözəlsən” adlı klipin rejissoru Nail Naiboğlu, prodüseri isə Rövşən Cəfərovdur.