Müğənni Roza Zərgərli mayın 11-də Mingəçevir şəhərində “Mənimle mənsiz” adlı konsert proqramı ilə çıxış edəcək. Bu barədə Lent.az-a məlumat verən R.Zərgərli bildirib ki, konsertdə onunla yanaşı sənətçi həmkarlarının da çıxışı gözlənilir:
“Yeni mövsümün açılışını Mingəçevir Dram Teatrında edəcəm. Konsertimdə ən sevilən mahnılarımla yanaşı, yeni bəstələrəmə də müraciət etməyi düşünürəm. Sənət dostlarımdan olan “Göyçək Fatimə” (Fatimə Fətəliyeva), Sevin Ağaşirinova, Tural Əzimov, reper “Qurd” da iştirak edəcək. Artıq konsertin hazırlıqlarına başlamışıq. Mayın 11-də Mingəçevir tamaşaçılarını konsert gözləyir”.
Qeyd edək ki, gecənin aparıcısı Aynur Əliyevadır.