Müğənni Roza Zərgərli Mingəçevir Dövlət Dram Teatrında konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, Rozanın “Mənimlə mənsiz” adlı gecəsində sənət dostları onu tək buraxmayıb. Rəqqasə Fatimə Fətəliyeva, Əbdül Xalid, Sevinc Ağaşirinova, Tural Əzimov, reper Qurd da konsertə gəlib.
Aynur Əliyevanın aparıcılığı ilə baş tutan gecəyə Türkiyədən də qonaqlar qatılıb. Aktrisa Məlahət Abbasova, “Lale devri” serialında baş rollardan birini oynayan Selma Kutluğ və balaban ifaçısı Əlixan Səmədov da konsertdə iştirak edib. Konsertin sonunda R.Zərgərli Heydər Əliyevin xatirəsinə mahnı ifa edib.