Röya Ayxan üzüyünü tapıb: <span style="color:red;">"ATV məni bağışlasın"
31 avqust 2015 12:54 (UTC +04:00)

Röya Ayxan üzüyünü tapıb: "ATV məni bağışlasın"

 

Bir müddət öncə “Azad Azərbaycan” telekanalının “Gündəlik” verilişində iştirakı zamanı üzüyünü itirdiyini “İnstagram” səhifəsində elan edən müğənni Röya Ayxan sevindirici xəbər alıb. Lent.az-ın məlumatına görə, “10-lar” verilişinə açıqlama verən ifaçı bildirib ki, üzüyünü tapıb: “ Üzüyümü tapdılar. Sən demə, üzük paltarımı qoyduğum çexolun içinə düşüb. O, paltarları da bağa aparmışdılar. Bu yaxınlarda çexolu evə gətiriblər, içindən düşüb. ATV-ni çox incitdim, məni bağışlasınlar. Üzüyü tapan adama da yaxşı pul verdim”.

 

Qeyd edək ki, R.Ayxan bir müddət öncə üzüyünü itirdiyini “İnstagram” səhifəsində bu sözlərlə ifadə etmişdi: “Dünən ATV telekanalında çox sevdiyim üzüyümü itirmişəm. Bütün işçi heyətindən həmin üzüyün tapılmasını xahiş edirəm. O üzük mənim üçün çox dəyərlidir. Onu bilirəm ki, üzüyü mənim üçün ayrılan otaqda barmağımdan çıxartdım”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar