Rəqsanənin konsertində İlham və Fərizənin anası nələr dedi?
01 iyul 2014 02:05 (UTC +04:00)

Rəqsanənin konsertində İlham və Fərizənin anası nələr dedi?

Ötən gün Yaşıl Teatrda müğənni Rəqsanə İsmayılovanın ilk solo konserti olub. Lent.az-ın  məlumatına görə, Rəqsanə gecəni 30 iyun “Sevgiliər günü” İlham və Fərizənin toylarının ildönümünə həsr edib. Konsertin açılışı “Vağzalı” havası ilə başlayıb.

 

Aktyorlar İlhamla Fərizənin bəy - gəlin obrazını öz rəqslərində canlandıraraq, konsert açıq elan ediblər.Rəqqasların çıxışından sonra gecənin aparıcıları Afaq Gəncəli və Günay Firidunqızı tamaşaçıları salamlayıblar. Daha sonra İlham və Fərizənin anaları səhnəyə dəvət olunub.

 

İlk təəssüratını Fərizənin anası bölüşüb: “Bu gün mən çox həyəcanlıyam. Çünki konsert övladımın xatirəsinə həsr olunub. Bu günki gənclərə, sevib - sevilənlərə demək istəyirəm ki, sevginiz uğurunda mübarizə aparın. Ailənizə sahib çıxın. Boş səbəblər üzündən boşanmayın. Övladımın taleyini heç kimsəyə arzu etmək istəməzdim”.

 

“Bu konsertə görə Rəqsanə xanıma minnətdaram. Hər birinizə gəldiyinizə görə minnətdaram”, - deyən,İlhamın anası ana göz yaşlarını saxlaya bilməyib.

 

İlham və Fərizənin anasının çıxışından sonra müğənni R.İsmayılova gəlinlik donunda səhnəyə çıxaraq “Payız sən gəldin, bəs yarımı neylədin” mahnısı ilə gecədəki ifasına başlayıb.

 

Daha sonra “Alma məndən gözlərini”, “Aşk”, “Yollara yağış yağır” kimi bir neçə sevilən mahnısını ifa edən müğənni fasiləyə yollanıb. Konsert sonda müğənnin vətənpərvər mövzusunda ifa etdiyi mahnı ilə bitib.

 

R.İsmayılova konsertlə bağlı fikirlərini bölüşməyi də unutmayıb: “Bu gün konsertimə çox sevdiyim sənət dostlarımda gəlib. Açığı bir aya yaxın idi mən xəstə idim. Bu gün də günorta hava limanından düşüb, bura konsert salonuna məşqə gəlmişəm. Bu gün təmənnasız tamaşaçılar, məni sevənlər üçün oxudum. Düşünürəm ki, fərqli bir konsert oldu”.

 

Onu da əlavə edək ki, gecədə ən yadda məqamlardan biri də ifaçının geyimləri və saçının bir hissəsini qırxdırması olub.

 

Qeyd edək ki, müğənnin konsertinə sənət dostlarından müğənni Elnur Məmmədov, Ayan Babakişiyeva, Xəyyam Nisanov, Sevil və Sevinc bacıları, Aşıq Samirə və başqaları gəlmişdi.

 

R.İsmayılovanın konsertindən olan şəkilləri təqdim edirik.

 

FOTOLAR MÜƏLLİFƏ MƏXSUSDUR

 

 

# 3864
avatar

Yalçın UĞUR

Oxşar yazılar