Rəqsanə özünü Rihannaya bənzətdi
01 iyul 2014 11:23 (UTC +04:00)

Rəqsanə özünü Rihannaya bənzətdi

Ötən gün Yaşıl Teatrda müğənni Rəqsanə İsmayılovanın ilk solo konserti gerçəkləşib. Lent.az-ın məlumatına görə, gecədə ən yadda qalan məqamlardan biri də Rəqsanənin saç düzümü olub. Belə ki, o, konsertdə bir neçə saat qalmış saçının bir hissəsini kəsdirib. Deyilənə görə, müğənni bu imicdə dünya ulduzu Rihannanı təkrarlamaq istəyib. Sözügedən oxşatmaya isə müğənni şərh vermək istəməyib. Bircə onu deyib ki, bu imici öz seçimidir.

 

 

Xatırladaq ki, müğənnin bu imici üzərində stilist Elnur Həsənov və Fuad Hacıyev çalışıb.

 

Qeyd edək ki, R.İsmayılova ötən gün baş tutan konsertini 30 iyun “Sevgiliər günü”nə, İlham və Fərizənin toylarının ildönümünə həsr etmişdi.  

 

(Fotolar müəllifindir)

 

Yalçın Süleymanov

# 5784
avatar

Yalçın UĞUR

Oxşar yazılar